Niderland Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Elchi.az xəbər verir ki, Niderland XİN-in rəsmi “Twitter hesabındakı paylaşımda deyilir:
“Bu gün biz Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. 2009-cu ildə Bakıda səfirliyimizin açılışından sonra ölkələrimiz arasında əlaqələr daha da sıxlaşıb. Qarşıdakı illərdə də əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Bütün Azərbaycan xalqını təbrik edirik!”





