"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edib – YENİLƏNİB

04 Aprel 2022 - 15:19
in SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb.

Dövlətimizin başçısı bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev itkin düşmüş şəxslər məsələsinin daim dövlətimizin gündəliyində olduğunu, bunun Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla da müzakirə edildiyini vurğuladı.

Azərbaycanın bu sahədə texniki imkanlarını genişləndirdiyini qeyd edən dövlətimizin başçısı ölkəmizdə yeni modul laboratoriyaların qurulduğunu, xüsusi dron uçuş aparatlarının və digər ləvazimatların alındığını, cəlb olunmuş mütəxəssislərin peşə qabiliyyətlərinin artırıldığını diqqətə çatdırdı. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın təcrübəsinin və imkanlarının ölkəmiz üçün çox vacib olduğunu qeyd etdi, bu komissiyanın dünyanın müxtəlif ölkələrində uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Katrin Bomberger itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyini müəyyən edərək onların ailəsinə məlumat verilməsində öz rolunu oynayıb.

DNT analiz nümunələrinin toplanması və laborator analizlər vasitəsilə insanların şəxsiyyətinin müəyyən edilməsinin vacibliyini bildirən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması, yerli mütəxəsslərinin peşəkarlıqlarının artırılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu dedi. O, əlavə etdi ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından vacibdir.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyini və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanacağını və praktiki işə başlayacaqlarını diqqətə çatdırdı.

***

11:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bombergeri qəbul edib.

Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN Rusiya ilə diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı paylaşım edib

Next Post

Britaniya səfiri Bakıdakı partlayışla bağlı başsağlığı verib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Britaniya Azərbaycana minatəmizləmə sahəsində çox sayda texniki məsləhətçi göndərib

Britaniya səfiri Bakıdakı partlayışla bağlı başsağlığı verib

Ceyhun Bayramov Bakıda Avropa Şurasının baş katibi ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Bakıda Avropa Şurasının baş katibi ilə görüşüb - YENİLƏNİB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.