İsrailin xarici işlər naziri Yair Lapid Yunanıstana səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.
Bildirilib ki, nazir aprelin 5-də Afinaya səfər edəcək.
O, səfər çərçivəsində Yunanıstanın Baş naziri Kriakos Miçotakis və xarici işlər naziri Nikos Dendiasla görüşəcək.
Qeyd olunub ki, Yair Lapidin Nikos Dendias və Kiprin xarici işlər naziri İoannis Kasoulideslə də üçtərəfli görüşü planlaşdırılır.





