"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN-də Azərbaycan-Rusiya münasibətlərinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib – YENİLƏNİB

04 Aprel 2022 - 18:50
in SİYASƏT

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

XİN-dən Elchi.az-a verilən xəbərə görə, tədbirdə AR XİN-in rəhbər heyəti, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin 4 aprel 1992-ci ildə qurulmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin tarixinin daha qədim olduğunu qeyd edib. SSRİ-nin dağılmasından sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən nazir müavini, iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bu gün müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın mövcud olduğunu ifadə edib. Nazir müavini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirdiyimizi bildirib və regionda sülh və sabitliyə nail olmaq üçün imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin mühüm şərt olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərək əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini qeyd edib. Münasibətlərin təməlində yaxın zamanlarda 25 illiyini qeyd edəcəyimiz Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilənin dayandığı qeyd edilib və növbəti illərdə iki ölkə arasında imzalanan birgə sənədlər məmnunluqla vurğulanıb. Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafının əsasında iki dövlət başçısı arasında mövcud olan yaxşı münasibətlər ilə yanaşı, iki xalq arasında tarixən mövcud olan sıx təmasların durduğu bildirilib. 30 il bundan öncə əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini qeyd edən səfir, əlamətdar gün münasibətilə öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

***

15:40

Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir başlayıb.

Bu barədə Elchi.az-a XİN-dən xəbər verilib.

XİN-də Azərbaycan-Rusiya münasibətlərinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib - YENİLƏNİB
XİN-də Azərbaycan-Rusiya münasibətlərinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib - YENİLƏNİB
XİN-də Azərbaycan-Rusiya münasibətlərinin 30 illiyi ilə əlaqədar tədbir keçirilib - YENİLƏNİB
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İsa Nəcəfov və İkram Kərimovu “Şöhrət” ordeni ilə təltif etdi

Next Post

I Qarabağ müharibəsində itkin sayılan 100 nəfərə aid meyit qalıqları Azərbaycana verilib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
I Qarabağ müharibəsində itkin sayılan 100 nəfərə aid meyit qalıqları Azərbaycana verilib

I Qarabağ müharibəsində itkin sayılan 100 nəfərə aid meyit qalıqları Azərbaycana verilib

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.