Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 6-7 aprel 2022-ci il tarixlərində Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri iclasında iştirak edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, nazir Çavuşoğlu səfər çərçivəsində bəzi həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.






