Əfqanıstanda məsciddə partlayış olub.
Elchi.az “TOLO News”a istinadən xəbər verir ki, partlayış Kabilin mərkəzində “Pul-e-Keşti” məscidində baş verib.
Kabil Polis Komandanlığının rəsmilərinin bildirdiyinə görə, insanlar məsciddə namaz qılarkən əl qumbarası partladılıb.
İlkin olaraq hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.






