"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan və Serbiya arasında Saziş imzalanıb

07 Aprel 2022 - 15:05
in SOSİAL

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikası Hökuməti adından əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və Serbiya Respublikası Hökuməti adından Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç imzalayıblar.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Nazirlikdən Elchi.az-a verilən xəbərə görə, videokonfrans formatında keçirilən imzalanma mərasimində Sahil Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatları qeyd edib.

Sosial təminat sisteminin gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparıldığını bildirib.

Sahil Babayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

O,.Tepavçeviçin ötən ilin iyul ayında Azərbaycana səfəri çərçivəsində nazirliklər arasında imzalanmış “Əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Yeni imzalanmış Sazişin də əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

Tepavçeviç Serbiya və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında daim genişlənən əlaqələrin artıq əmək, məşğulluq və sosial müdafiə sahələrini da əhatə etməyə başladığını və gələcəkdə iki nazirliyin əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

İmzalanan Saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından mühüm önəm kəsb edir. Sənəd Azərbaycan və Serbiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir.

Saziş həmin istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata keçirilməsinə şərait yaradır.

Azərbaycan və Serbiya arasında Saziş imzalanıb
Sahil Babayev
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Next Post

Zelenskinin ofisi: Ən ağır döyüşlər Luqansk vilayətində gedir

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Zelenskinin ofisi: Ən ağır döyüşlər Luqansk vilayətində gedir

Zelenskinin ofisi: Ən ağır döyüşlər Luqansk vilayətində gedir

İsrailli nazir: “Azərbaycanla dostluğumuz qarşılıqlı etimada və ortaq tarixə əsaslanır”

İsrailli nazir: "Azərbaycanla dostluğumuz qarşılıqlı etimada və ortaq tarixə əsaslanır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.