"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Məclisin komitələrinin Şuşada iclası keçirilib – YENİLƏNİB-1

08 Aprel 2022 - 15:19
in SİYASƏT

Aprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə, iclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali qanunvericilik orqanının bu tədbirinin Şuşada baş tutması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələrindən biridir.

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş Şuşa ili çərçivəsində bir çox tədbirlər keçirilir. Birinci vitse-spiker bu il ərzində parlament komitələrinin iclaslarının Şuşada keçirilməsi ilə bağlı verdiyi qərara görə bütövlükdə iştirakçılar adından Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Qeyd edilib ki, artıq Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəriciləridən biri kmi mühüm siyasi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, birgə komitə iclasının Müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi əhəmiyyət kəsb edən 2018-ci ilin Prezident seçkilərinin 4-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. 4 il bundan əvvəl Azərbaycan xalqı yenidən öz tarixi seçimini edib, İlham Əliyev Azərbaycan Prezidenti seçilib və bu seçim həm də Qarabağın işğaldan azad olunmasına gətirib çıxardı.

Bildirilib ki, Şuşanın və işğal altında olmuş digər ərazilərimizin azad olunması Ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi və bu gün onun ruhu şaddır.

İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qalib xalqın parlamentariləri kimi burada iclas keçirmək böyük şərəfdir.

Sonra komitələrin ilk dəfə olaraq azad Şuşada keçirilən iclasının gündəliyindəki məsələlər müzakirə olunub. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında gündəliyin birinci məsələsini təqdim edən Ziyafət Əsgərov bildirib ki, ölkəmiz NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb. Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov da azad Şuşada olmaqdan şərəf duyduğunu bildirib.

İclasda çıxış edən Milli Məclisin deputatları Hikmət Məmmədov, Bəxtiyar Sadıqov, Elman Məmmədov, Aqil Abbas, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elşən Musayev, Azay Quliyev, Fəzail Ağamalı, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Vüqar İsgəndərov, Nizami Səfərov, Tahir Kərimli, Əminə Ağazadə və Cəbi Quliyev komitələrin birgə iclasının azad Şuşada keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan Parlamentinin tarixində ilk dəfədir ki, komitə iclasları Qafqazın incisi adlandırılan Şuşa şəhərində keçirilir və bu, çox qürurvericidir. Bildirilib ki, ərazilərimizin işğaldan azad olunması cənab Prezident İlham Əliyevin hərbi-siyasi iradəsinin uğurla həyata keçirilməsinin nəticəsidir və bununla Azərbaycan həm beynəlxalq hüququn müddəalarını həyata keçirib, həm də öz ərazi bütövlüyünü bərpa edib.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra iclasın gündəliyindəki ikinci məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, təklif olunan dəyişiklik ölkəmizdə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Belə ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Deputatlardan Erkin Qədirlinin, Ziyafət Əsgərovun fikirləri dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb.

***

saat 13.59

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.

Elchi.az xəbər verir ki, iclas Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutub.

İclasda 2 məsələ müzakirə edilib:

– “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

– “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

***

saat 12.10

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilir.

Elchi.az-ın xəbərinə görə, Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutan toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

  1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
  2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə XİN İlham Əliyevlə Nikol Paşinyanın görüşünə münasibət bildirib

Next Post

Türkiyə XİN Aİ, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Türkiyə XİN Aİ, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayır

Türkiyə XİN Aİ, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayır

Uşaq və böyüklərin reabilitasiya mərkəzləri ayrı olacaq

Uşaq və böyüklərin reabilitasiya mərkəzləri ayrı olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.