"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ceyhun Bayramov Tel-Əvivdəki terror aktı ilə bağlı başsağlığı verib

08 Aprel 2022 - 15:04
in SİYASƏT

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Elchi.az-a verilən xəbərə görə, qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.

Nazir, Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm verdiyini qeyd edərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bu xüsusda əhəmiyyətini vurğulayıb. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edən nazir, qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına müsbət təkan verdiyini bildirib.

Nazir Ceyhun Bayramov aprelin 7-də Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edərək, bu xüsusda təbriklərini və xoş arzularını qarşı tərəflə bölüşüb.

İsrail Dövlətinin turizm naziri Yoel Razvozov Azərbaycana səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşləri, xüsusilə də dövlət başçısı ilə aparılan müzakirələri, eləcə də digər ikitərəfli təmasları məmnunluqla qeyd edib. İki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri və bu əlaqələrin daha da inkişafı potensialı vurğulanıb. Nazir Razvozov İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan dəstəyini bir daha ifadə edib.

Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, turizm və s. istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi apardılar.

Nazir Ceyhun Bayramova qarşı tərəfə bölgədə mövcud olan post-münaqişə vəziyyəti, o cümlədən ərazilərin minalardan təmizlənməsi, bərpa və rekonstruksiya işləri barədə məlumat verdi və İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.

Görüş zamanı qarşılıqlı səfərlərin davamlılığının, habelə iki ölkə XİN-ləri arasında siyasi məsləhətləşmələrin davamlı həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Görüşdən sonra nazir Ceyhun Bayramov və nazir Yoel Razvozov Xarici İşlər Nazirliyində təşkil edilmiş, Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərgidə iştirak ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə verilmiş mənzillər özəlləşdiriləcək – FƏRMAN

Next Post

Energetika Nazirliyi 3 ay ərzində 29 icazə verib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Energetika Nazirliyi 3 ay ərzində 29 icazə verib

Energetika Nazirliyi 3 ay ərzində 29 icazə verib

“Azercell” Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində – – VİDEO

“Azercell” Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində - - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.