Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı başlanan işə yardım etməyə hazırdır.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Lavrov qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı başlanan işə yardım etməyə hazırdır.
“Bugünkü danışıqlarda qonşularımıza necə kömək edə biləcəyimizi müzakirə etdik”, – XİN başçısı vurğulayıb.





