Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski dəfn olunub.
Elchi.az xəbər verir ki, aprelin 6-da uzun müddət müalicə olunduğu xəstəxanada ölən tanınmış siyasətçi bu gün Moskvanın Novodeviçi məzarlığında dəfn olunub.
Dəfn mərasimində Jirinovskinin ailə üzvləri və siyasətçilər iştirak edib.




