"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezident Ruhaninin səfəri zamanı neft-qaz nəqli, elektrik enerjisi sahələrində əməkdaşlığa dair sənədlər imzalanacaq”

06 Noyabr 2014 - 18:15
in SİYASƏT

Elchi.az Azərbaycana səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin APA-736e11893ce7c270408efa4714057cc5ya müsahibəsini təqdim edir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

– Bakıya səfərinizdə məqsəd və gözləntilər nədən ibarətdir?

 

– Bildiyiniz kimi, noyabrın 12-də İran prezidenti Həsən Ruhani Azərbaycana iki günlük səfər edəcək. Bizim səfərimiz çərçivəsində də məhz prezidentin səfəri zamanı imzalanacaq sənədlərin müzakirəsi və bəzi məsələlərin razılaşdırılması nəzərdə tutulub. Sənədlərin bir qismi Azərbaycan tərəfindən, bir qismi isə İran tərəfindən təklif olunub. Bunlardan bəziləri memorandum, bəziləri də müqavilədir. Artıq bir çox məqamlarla bağlı razılıq əldə olunub. Qalan məsələlər üzərində ekspert müzakirələri gedəcək. Həmçinin texniki məsələlər üzərində danışacağıq.

 

Bizim fikrimiz budur ki, təklif olunan bütün sənədlər prezidentlərin görüşündə imzalansın. Bu istiqamətdə ciddi fikir ayrılığı yoxdur. Sabah Bakı səfərimin sonunda bu məsələlər barəsində mətbuata geniş məlumat verəcəyəm.

 

Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə, eləcə də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşlərimiz gözlənilir.

 

– Müştərək hökumətlərarası komissiyanın həmsədrisiniz. Bu komissiyanın işini necə dəyərləndirmək olar?

 

– Çoxdandır müştərək komissiyanın iclası keçirilmirdi. Lakin son aylarda çox ciddi canlanma müşahidə olunur. Bu, bizim üçün sevindiricidir. Bir sıra qarşılıqlı səfərlər oldu, bundan sonra da bir neçə yüksək səviyyəli səfərlərin şahidi olacağıq. Məhz İran prezidenti Həsən Ruhaninin səfərini də müştərək komissiyanın işinin nəticəsi hesab etmək olar.

 

– Bakıya yaxın aylarda baş tutan ötən səfəriniz zamanı müştərək komissiyanın iclası çərçivəsində Anlaşma Memorandumu imzalanmışdı. Bu sənəddə nəzərdə tutulan müddəaların gerçəkləşməsi istiqamətində vəziyyət necədir?

 

– Müştərək komissiyanın Bakıdakı iclası çərçivəsində imzalanmış Anlaşma Memorandumunun bir çox bəndləri hal-hazırda dövlətlərarası müqavilələrə çevrilib. Bu baxımdan çox ciddi irəliləyişlər əldə etmişik. Gömrüklə bağlı bir sıra problemlər həll olundu, viza sahəsində çətinliklər aradan qalxdı, eləcə də informasiya-kommunikasiya sahəsində ciddi əməkdaşlığımız formalaşdı.

 

Həsən Ruhaninin səfəri ərəfəsində Azərbaycanla sərhəd zonalardan olan şirkətlər, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindən olan iş adamları  və dövlət şirkətlərinin nümayəndələri İran Ticarət Palatasının nümayəndə heyəti ilə Bakıya gələcəklər. Azərbaycan və İranın özəl sektor nümayəndələri arasında da münasibətlər çox güclənib, bu istiqamətdə biz də dəstək verməyə, əlaqələrin inkişafına şərait yaratmağa çalışırıq.

 

– Enerji resursları sahəsində hansı sənədlərin imzalanması gözlənilir?

 

– İran və Azərbaycan enerji resurslarına görə fərqlənən ölkələrdəndir. Bu istiqamətdə bizim ciddi şəkildə əməkdaşlıq etmək niyyətimiz var. İmzalanacaq sənədlər arasında həm neft-qaz nəqli, həm də elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənədlər olacaq. Lakin bu barədə hələ tam detallı danışa bilmərəm. Onu deyim ki, çox mühüm məsələlərdə əməkdaşlığımızın formalaşması və inkişafı planlaşdırılıb. Enerji resursları da belə mühüm məsələlərdəndir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erotik səhnəyə çəkilməkdən zövq alan azərbaycanlı aktrisa kimdir?

Next Post

Rusiya rublu can verir: 1 dollar 46 rublu keçdi…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Rusiya rublu can verir: 1 dollar 46 rublu keçdi...

Niyaməddin Orduxanlı: “Xədicə İsmayılova özünü radikal müxalifətin “ana”sı kimi aparır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.