Belarus Prezidenti Aleksandr Lukaşenko xokkey oynadığı zaman xəsarət alıb.
Elchi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyun zamanı rəqib komandanın oyunçusunun xokkey ağacı onun çənəsinə dəyib. Nəticədə, Lukaşenkonun çənəsi əzilib.
Qeyd edək ki, bu gün onun komandası 13-cü dəfə həvəskarlar arasında respublika turnirinin qalibi olub.





