"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Elə gənc məmur var ki, heç kimi saymır” – Fazil Mustafa

11 Aprel 2022 - 14:43
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Deputat Fazil Mustafa Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı gənc məmurları tənqid edib. Ölkədə korrupsiyanın azalmamasından gileylənən deputat bəzi gənc məmurları “acgözlük”də ittiham edib:

“Qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik. Şəffaf mühit yaradılmasa, çağırışların təşəbbüslərin faydası olmaz. Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi”

Deputatın gənc məmurları hədəfə almasının səbəbləri maraq doğurur. Söhbət kimlərdən gedir? Səsləndirdiyi ittihamlar barədə deputatın hansı faktları mövcuddur?

Elchi.az bu barədə Modern.az-a danışan Fazil Mustafa çıxışına aydınlıq gətirərək, səsləndirdiyi fikirlərin bütün gənclərə şamil edilmədiyini söyləyib:

“Bir qrup insan var ki, hökumət telefonunun mahiyyətini bilmir. Yüz dəfə zəng vur, yaxud, bir ay otur zəng vur, telefonu götürməyəcək. Təyin olunub, ya müavindir, ya da nazir, telefonu götürmürlər. Hətta, köməkçi də götürmür ki, zəngi qeyd eləsin. Bir qrup da var ki, qeyd götürür, amma cavab vermir. Anlamırlar ki, dövlət vəzifəsi nədir, dövlət məsuliyyəti nədir?

Lotereya ilə gəlib vəzifədə oturublar. Bəlkə, elə bilirlər ki, kresloda ömürlük oturacaqlar və heç kimi də eşitmək lazım deyil. Bu, geniş yayılmış bir tendensiyadır. Təbii ki, kifayət qədər öz işini bilən cavan kadrlar da var ki, onlar daha məsuliyyətli davranırlar. Onlarla belə kadrlar var, hansısa vəzifəyə qoyublar, məsələn, Miqrasiya Xidməti ilə əlaqə yaratmaq mümkün olur. Yasamal Rayon İcra hakimiyyətilə dərhal əlaqə yaratmaq mümkündür. Bu qurumların rəhbərləri cavan kadrlardır. Məsuliyyətlərini dərk edən insanlardır. Müraciət olunduqda xüsusi reaksiya verirlər. Sonra digər sahələrdə də belə əlaqə yaratmaq mümkün olur”.

Parlamentari bəzi məmurların deputatları saymadığını söyləyib:

“Bir qrup da var ki, heç kimi saymır. Heç deputatı da saymırlar. Bəlkə də onlara kimsə göstəriş verib. Söhbət bizim sözümüzün eşidilməsindən getmir. Söhbət bütövlükdə bu məsələlərə münasibətdən gedir. Münasibətin sağlam olmaması yaxşı ənənə deyil. Bu, dövlətin, vətəndaşın işidir. İş axsayırsa, bunu bərpa etməyin özü də xeyli çətinlik yaradır”.

F.Mustafa onun telefon zənglərinə cavab verməyən qurumlardan da söz açıb:

“Nömrəni verirsən ki, əlaqə saxlasın, iki ay keçir, əlaqə yoxdur. Köməkçisinə deyirsən ki, xahiş edirəm nömrəni götürün, deyərsiniz əlaqə saxlasın, vacib məsələ var, seçicinin problemi var. Görürsən ki, yox, əlaqə saxlamadı. Çünki məsuliyyətini dərk etmir. İndi bizim gücümüz çatmır ki, kiməsə deyək, bu şəxs bura layiq deyil. Hərənin də yəqin ki, bir himayədarı var. Heç kimi saymırlar.

Ad çəkəndə, deyirlər ki, kimisə hədəf götürür. Ancaq bu mənim məsələyə səmimi baxışımdır. Konkret mən kimin adını hədəf çəkim. Hər kəsin işi göz qabağındadır. Hansı sahə batıbsa, cavab veməyənlər də onlardır. Baxın, yeni təyinat olmuş hansı sahədə irəliləyiş var? Cəmiyyət qarşısına çıxıb, məsuliyyət daşıdığını göstərən varmı? Yoxdusa, özünüz anlayın. Konkret birinin, ikisinin adını çəkim, mənim üçün problem yoxdur. Mən sözümü açıq deyən adamam. Sadəcə bununla məsələ həll olunmur”.

F.Mustafa gənc məmurlara tövsiyələrini də çatdırıb:

“Ümumi şəkildə deyirəm, kim vəzifəyə təyin olunursa, ona başa salmaq lazımdır ki, bura uşaq bağçası deyil. Yəni hökumət telefonu cavab vermək, əlaqə yaratmaq üçündür. Onlarla kadr tanıyıram ki, zəng edəndə yerində olmur, beş dəqiqədən, on dəqiqədən sonra özü axtarır. Məsələni izah edəndən sonra tamamilə fərqli reaksiya görürsən. Deyilir ki, müraciət etsinlər, çalışarıq. Bu məsələdə həssaslıq vacibdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa İttifaqı İqor Korotçenkoya sanksiya tətbiq edib

Next Post

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır

Çağrı mərkəzləri işləyən və işləməyən qurumlar – SİYAHI

Çağrı mərkəzləri işləyən və işləməyən qurumlar - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.