“Beşiktaş” mövsümün sonunda İngiltərədən iki futbolçu gətirməyi planlaşdırır.
Elchi.az saytının məlumatına görə, Türkiyə klubu Çempionşipdə çıxış edən Ced Uollos və Tom Lourensin xidmətində maraqlıdır.
“Milluoll”un yarımmüdafiəçisi Uollos və “Derbi Kaunti”nin hücumçusu Lourenslə hətta rəsmi danışıqlara da başlanılıb. “Ağ-qaralar”ın baş məşqçisi Valerien İsmael “Vest Bromviç”də çalışdığı vaxtdan tanıdığı hər iki oyunçunun komandasını gücləndirəcəyini düşünür. İstanbul təmilçisinin idman direktoru Ceyhun Kazancı adıçəkilən futbolçularla görüşüb. İlkin danışıqların müsbət məcrada keçdiyi bildirilib.
Qeyd edək ki, həm Uollos, həm də Lourensin klubu müqavilə müddəti mövsümün sonuna qədərdir.






