"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Unutmağa haqqımız yox !

07 Noyabr 2014 - 09:19
in CƏMİYYƏT MANŞET


Doğma Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü, milli özünüdərk ideyaları, 20 yanvar Bakı qətliamı 10579133_771731989559776_910955305_ntarixin hər zaman yaddaşında “cavan” qalacaq. Bizim ayrıca dövlətçilik üçün var səsimizlə, gücümüzlə mücadilə aparmağımız dünəndi, srağagündü. Onu unutmağa haqqımız yox… 20 yanvarda həbs edilib, DTK-nın levortovo zindanında siyasi məhbus kimi əzablar yaşayan Xəlil Rza Ulutürkün bu sözlərini niyə unudaq: “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!”.
Uzaqlara əl uzadaq. Babək Xürrəminin hikmətli aforizmini yada salaq: “40 ilin əsarətindən bir günün azadlığı şərəflidir”.
Bəli, ritorika olmasın, şirin sözdü azadlıq! Millətin, dövlətin varlığıdır azadlıq!
Ötən əsrin dərin təbəddülatlar, milli azlıqlara qarşı işğalçılıq siyasəti kimin hafizəsindən silinib! Sovet Rusiyasının Azərbaycanı 28 aprel 1920-ci il işğalından sonra milli şüuru dəyişmək modeli açıq-aydın özünü hər sahədə biruzə vermişdir. Lakin əsrin sonlarında imperiyaya qarşı yeni baxışlar, oyanış sistemi güclənmişdir. Demokratik dövlət təsisatları uğrunda xalqın vicdanlı, namuslu, vətənpərvər oğulları ideoloji maarifləndirmə işləri görülməsinə çalışmışlar. Millət vəkili, yazıçı, ictimai xadim Elmira Axundovanın “Heydər Əliyev:şəxsiyyət və zaman” adlı kitabını vərəqləyərkən biləsuvarlı olaraq qürur hissi keçirməyə bilmirsən. O dövrdə- 1960-cı illərin əvvəllərində imperiyanın tüğyan etdiyi çağlarda həmyerlimiz, təkcə dünən yox, elə bu günün özündə belə çoxlarının tanımadığı adsız qəhrəmanımız Allahverdi Hüseynəli oğlu Qurbanov sovet imperiyasının dağılması, müstəqil Azərbaycan dövləti yaranması naminə mübarizə aparmışdır.

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Kimdir o? Şəhər Nizami adına 1 saylı tam orta məktəbini bitirdikdən sonra 1959-1962-ci illərdə hərbi xidmət dövrü keçmişdir. 1962-ci ildə Bakı Neft Texnikumuna daxil olmuş və oranı bitirdikdən sonra leytenant Şmitd adına zavodda tornaçı işləmişdir. Sovet imperiyasının ruslaşdırma siyasətinə qarşı inqilabi işlər aparmışdır. Onlar qeyri-leqal yığıncaqlar keçirib, ən çox fəhlə və tələbələr içərisində təbliğati, maarifləndirmə, daha doğrusu, milli özünüdərk istiqamətində tədbirlər keçirməyə müvəffəq olmuşlar. Fikir verin: A.Qurbanov əqidə dostu P. Əbdülrəhimovla birlikdə 1965-ci ilin may ayının 16-dan avqustun 1-nə kimi 12 gizli yığıncaq keçirməyə müəssər olmuşdur… Satqınların əli ilə bu siyasi proseslərin üstü açılarkən A.Qurbanov Azərbaycan SSR CM 67-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İttihamnamədən kiçik bir detal. 1965-ci ilin iyununda yataqxanada Allahverdi Qurbanov zəhmətkeşlərin 7 noyabr nümayişindən istifadə etmək və radiostansiyanı zəbt etmək fikrini irəli sürür. Sonra deyir: Azərbaycan Sovet ittifaqının tərkibindən çıxmalıdır, konstitusiyada Azərbaycan dilinin dövlət dili olması təsbit olunmalıdır.
… O vaxt DTK sədrinin müavini, Ulu öndərimiz Heydər Əliyevin gərgin mübarizə və səyi nəticəsində kütləvi həbslərin qarşısı alınır, Allahverdi Qurbanov isə qısa müddətli həbsdən sonra azadlığa buraxılır.
Sonralar o doğma rayonuna qayıdır və elə o vaxtdan S. Vurğun adına kolxozda bu sistem ləğv olunana kimi kadrlar şöbəsində çalışır. Ömür-gün yoldaşı Saray xanımla əl-ələ, nəfəs-nəfəsə verərək 11 övlad- 5 oğul, 6 qız böyüdüblər, özləri kimi namuslu, qeyrətli, vətənpərvər… Əli göylərdədir, namazını qılır, ibadətindən qalmır, Ulu Yaradana dua eyləyir. Məncə nəvə, nəticələri dövlət himnimizi oxuyarkən o, az təsirlənir: “Namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır” sözlərini eşidərkən ötənləri xatırlayır…Elə onun ən böyük istəyi, arzusu da bu gün bal tək daddığımız azadlığımız, müstəqilliyimiz, dilimizə, mədəniyyətimizə sahib çıxa bilməyimiz idi. Əbədi müstəqilliyimiz… Hərəkətləri zəifləyib, gözlərinin nuru azalıb, lakin yaddaşı hələ möhkəmdir. O, canlı tarixdir və biz onun qədrini-qiymətini verə bilmədik…

Bəli, milli faciələrimiz unutqanlığımızdan pərvəriş tapır. Allahverdi Qurbanov kimi şəxsiyyətlərin milli zəmindəki fəaliyyətlərini qiymətləndirib, təbliğ eləsəydik… Heyf, son illər A.Qurbanovla gənclərin, məktəblilərin görüşlərini keçirə bilməzdikmi? Bu, böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində önəmli olmazdımı?!!!

Əlibala RƏHİMOV,
publisist,
“Qızıl qələm mükafatı laureatı”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müəllimlərin maaşı artırıla bilər

Next Post

İki diplomu var, amma işsizdi…

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

İki diplomu var, amma işsizdi...

Səhmlər bahalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.