Rusiya-Ukrayna danışıqları çərçivəsində növbəti təmaslar üçün Belarus uyğun məkandır.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təkbətək görüşdən sonra deyib.
İki ölkə lideri bu gün Rusiyanın Amur vilayətinə səfər ediblər. Onlar “Vostoçnı” aerodromunda gedən tikinti işləri ilə tanış olublar.






