“Əvvəldən xəbər verildiyi kimi, ölkə ərazisində Türkiyədən hərəkət edən tsiklon və onunla bağlı olan soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində respublikanın bir sıra rayonlarında şimal-qərb küləyinin güclənməsi müşahidə olunur”.
Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, gecə saatlarında güclü küləkli hava şəraiti davam edəcək: “Sabah gün ərzində küləyinin sürəti bir qədər azalaraq axşama doğru səngiyəcək”.






