Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmasından danışıb.
Elchi.az xəbər verir ki, XİN başçısı bildirib ki, bu proseslə bağlı konkret addımlar atılacaq, lakin buna hələ var.
Çavuşoğlu Ermənistanı cəsarətli olmağa çağırıb.
Nazir qeyd edib ki, Türkiyə tərəfi xüsusi nümayəndələrin görüş yeri üçün İrəvanı təklif etsə də, Ermənistan buna razılıq verməyib.




