"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentə çoxmilyardlıq korrupsiya ittihamı – Avropa şokda

07 Noyabr 2014 - 15:44
in DÜNYA, FLƏŞ

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Bir il əvvəl Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş yüz minlərlə offşor şirkəti və onların sahiblərini, img1674192habelə offşor zonalara axıdılan yüz milyardlarla dollar oğurluq pulları üzə çıxaran Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (İCİJ) bu dəfə Avropanı silkələyib.
Virtualaz.org-un verdiyi xəbərə görə, təşkilatda çalışan jurnalistlərin apardığı araşdırmalar zamanı Lüksemburqda dünyanın 340 iri korporasiyası, habelə bir sıra varlı ailələr üçün “vergi cənnəti” yaradıldığı, bunun sayəsində korporasiyaların milyardlarla dollarlıq vergi gizlətdikləri üzə çıxıb. Bu korporasiyalar arasında “Apple”, İKEA, “Amazon”, “Pepsi”, “Crédit agricole” bankı və s. yer alır.
Jurnalist araşdşırmaları zamanı üzə çıxarılan məxfi sənədlər sübut edir ki, qlobal korporasiyalar Lüksemburq hökuməti ilə sövdələşməyə girərək bu ölkənin vergi xidmətlərindən öz aktivlərini Lüksemburqda yerləşdirmək, yaxud bu ölkə üzərindən dövr etdirmək üçün razılıq alıblar.
Bu sövdələşmənin sayəsində korporasiyalar milyardlarla dollar vergini məxsus olduqları ölkələrin büdcələrinə ödəməkdən yayınıblar. Vergidən yayınmaq üçün onlar Lüksemburqda filiallar yaradıblar və ya mənzil-qərargahlarını bu ölkəyə köçürüblər.
Bu şirkətlər və pullarını Lüksemburqda yerləşdirən zəngin ailələr Avstraliya, Avstriya, Argentina, Baham adaları, Belçika, Virgin adaları, Danimarka, Fransa, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdəndir. Azərbaycan Lüksemburqun vergi cənnətindən yararlanan ölkələr sırasında yer almır.
İri korporasiyalar və zəngin ailələr Lüksemburqun əlverişli vergi şərtlərindən yararlanmaq üçün 2002-2010-cu illər ərzində “komfort məktublar” adlanan xüsusi məxfi sənədlər alıblar. İCİJ bütün bu sənədlərin hamısını əldə edib.
Araşdırma göstərib ki, iri şirkətlərin Lüksemburqun vergi sistemindən yararlanaraq milyardlarla dollar qabağa düşməsi Avropa Komissiyasının yeni seçilmiş prezidenti Jan-Klod Yunkerin bu ölkədə 19 illik baş nazirliyi  və maliyyə nazirliyi dövründə baş verib. O, Lüksemburqun cəlbedici vergi sisteminin arxitektorlarından biri hesab olunur.
İCİJ-nin araşdırmalarının nəticələrini bu təşkilatla əməkdaşlıq edən aparıcı dünya KİV-ləri yaymaqdadır.Araşdırma böyük qalmaqal yaradıb və orada adı keçən ölkələrdən bəziləri, o cümlədən Avstraliya artıq üzə çıxan sənədlər əsasında vergidən yayınan şirkətlər barədə araşdırma başlatdıqlarını elan ediblər. Lüksemburqun indiki baş naziri Ksavye Betel isə deyib ki, onun ölkəsində tətbiq olunan vergi sistemi beynəlxalq normalara zidd deyil və bir çox başqa ölkələr də belə sistemdən istifadə edirlər.
Avropa İttifaqının icraçı orqanına başçılıq edən şəxs kimi indi Jan-Klod Yunker Aİ ölkələrinin, o cümlədən Lüksemburqun tətbiq etdiyi vergi güzəştlərinin nə dərəcədə qanuni olduğuna dair araşdırmalara rəhbərlik etməlidir. Lakin o, elan edib ki, qalmaqalda adı keçdiyi üçün bu araşdırmalara qarışmayacaq. Araşdırmalara Avropa Komissiyasının rəqabət məsələləri üzrə üzvü Marqaret Vestqaqer başçılıq edəcək
Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas isə Jan-Klod Yunkerin qlobal korporasiyalara vergi güzəştlərinin verilməsi sövdələşməsində iştirakını şərh etməyib. O, deyib ki, cənab Yunker İCİJ-nin araşdırmalarını “çox sakit” qarşılayıb və Lüksemburqda aparılan araşdırmaları əngəlləmək fikrində deyil.
Alman parlamentinin Sol fraksiyasının rəhbərinin müavini Sara Vaqenknext isə deyib ki, bu sövdələşmədə Jan-Klod Yunkerin əli var. Onun sözlərinə görə, məhz Yunker iri korporasiyalara vergidən yayınmaqda kömək edib. Almaniya parlamentinin sosial-demokrat fraksiyası da Yunkerdən izahat tələb edib. Fransanın ultrasağ partiyasının lideri Marin Le Pen isə Yunkeri istefa verməyə çağırıb.
“Bu cür beynəlxalq qalmaqalın baş verdiyi bir vaxtda onun öz postunda qalması nə etik, nə siyasi baxımdan düzgün deyil” – Le Pen bildirib.
Almaniyanın yaşılllar fraksiyasından deputat Cven Giegold isə deyib ki, bu qalmaqal Yunkerin imicinə böyük zərbədir. Onun sözlərinə görə, indiyə qədər də iri korporasiyaların Lüksemburqun vergi sistemindən faydalanmasına dair məlumatlar var idi, lakin heç vaxt bu cür sübutlar və yayındırılan vergilərin məbləğləri haqda rəqəmlər olmamışdı.
“Jan-Klod Yunker bütün bu illər ərzində Lüksemburqun baş naziri və maliyyə naziri işləyib, deməli onun korporativ vergidən yayınmada birbaşa əli var” – alman deputat bildirib.
“LuksLeaks” adı alan qalmaqal getdikcə qızışdığı üçün Jan-Klod Yunkerin Avropa Komissiyasının prezidenti postunda qalacağı ağlabatan görünmür.O, bu yaxınlarda həmin vəzifənin icrasına başlamışdı və 2019-cu ilə qədər “vahid Avropa hökumətinə” rəhbərlik etməlidir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hansı nazir mavi olduğunu etiraf etdi

Next Post

Qarabağda ermənilərin tərəfində vuruşan türkün – Fotosu –

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Qarabağda ermənilərin tərəfində vuruşan türkün - Fotosu -

Freedom House Azərbaycanı tənqid etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.