"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kəlbəcərdə Başlıbel faciəsinin qurbanları anılıb

18 Aprel 2022 - 09:58
in SOSİAL

Başlıbel qətliamının 29-cu ildönümü ilə bağlı Kəlbəcərə səfər təşkil edilib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

APA-nın Kəlbəcərə ezam olunmuş müxbirinin verdiyi məlumata görə səfərdə qətliam qurbanlarının ailə üzvləri, qətliam zamanı 113 gün mühasirədə yaşamış şəxslər və media nümayəndələri iştirak ediblər.

Kənd sakinləri əvvəlcə ermənilər tərəfindən darmadağın edilmiş evlərinə baxış keçirib, kəndlə bağlı xatirələrini bölüşüblər. Daha sonra Başlıbel qətliamının baş verdiyi yerdə olub, şəhid olmuş şəxslərin məzarları üzərinə güllər qoyulub.

Şəhidlərin ailə üzvləri, 18 aprel qətliamının canlı şahidi olan şəxslər həmin qanlı hadisə haqda danışıblar. Qətliam qurbanlarının məzarları ziyarət edildikdən və ruhlarına dualar oxunduqdan sonra məzarlıqdan təxminən 100 metr məsafədə yerləşən Tutqun çayın digər sahilindəki mağaralar ziyarət edilib. Başlıbel qətliamı zamanı sakinlər 15 gün həmin mağaralarda sığınacaq tapıblar. 12 nəfər mağarda, 1 nəfər isə Tutqun çayının kənarında vəhşicəsinə qətlə yetirilib.

29 il öncə bu mağaralara sığınan insanların paltarları, istifadə etdikləri bəzi məişət əşyaları, güllə-baran nəticəsində darmadağın olmuş yorğan-döşəklərinin qalıqları burada hələdə qalır.

Xatırladaq ki, Başlıbel qətliamı 1993-cü il, aprelin 18-də Kəlbəcərin işğalı zamanı törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. 62 nəfərin sığındığı Portda adlanan ərazidəki mağaraları Ermənistan hərbçiləri mühasirəyə alıblar və saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar.

Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) –sığındıqları yerdə öldürülüblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi, işğal zamanı 1900 nəfərə yaxın sakini olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı baş tutub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Milan” çempion olarsa, İbrahimoviç karyerasını bitirəcək

Next Post

Şuşada Zəfər Qurultayı keçiriləcək

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Şuşada Zəfər Qurultayı keçiriləcək

Şuşada Zəfər Qurultayı keçiriləcək

DSMF-nin xərcləri artıb

DSMF-nin xərcləri artıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.