"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan şirkətləri niyə yerli fermerlərdən süd almır?

18 Aprel 2022 - 19:09
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti


Ötən il Azərbaycan xaricdən 17 min 649 ton süd və qaymaq (o cümlədən çürümüş, qıcqırdılmış, toz halında, yoqurtdan başqa) tədarük edib. Bunun 5 min 792 tonu Rusiyadan, 3 min 862 tonu Belarusdan, 722 tonu Ukraynadan gətirilib. Beləliklə, bu üç ölkənin payına ümumi süd və qaymaq idxalının 60%-ə yaxını düşüb. Hesabat dövründə xaricdən alınan toz halında süd və qaymağın 46%-i Ukraynanın, 25%-i isə Belarusun payına düşüb. Ölkəyə idxal edilən yoqurtun 70%-i Rusiyadan, 20%-i isə Belarusdan alınıb.

Hazırda yerli fermerlərin istehsal etdiyi südə tələbatın yüksək olacağı düşünülsə də, fermerlər əksini iddia edirlər. Belə ki onlar da məhsullarının alınmamasından gileylənir.

“Azərbaycan Südçülər Assosiasiyası” İctimai Birliyinin sədri Samir Eyyubov “Report”a bildirib ki, böyük süd emalçılarının yerli fermerlərə müraciət etməməsi daha çox İrandan gətirilən yarımfabrikatlarla bağlıdır:

“Belə ki, yarımfabrikat halında gələn südü emal etmək təbii südü almaqdan daha sərfəli olur.

Həmin yarımfabrikatlar daxili bazarı demək olar ki, məhv edir. Doğrudur, əvvəl də bu cür istehsal var idi. Amma o zaman artıq qalan malların ixracı baş verirdi deyə, hazırkı vəziyyət yaşanmırdı. İndi isə ixrac dayandığından bütün istehsal olunan südlər daxili bazara yönəlir. Buna görə də yerli fermerlərin südünə tələbat formalaşmır. Hazırda biz ixracın səviyyəsini artırmaqla məşğuluq”.

Hazırda süd bazarında nə baş verir?

Son dövrlərdə bölgədə yaşanan geosiyasi proseslərin Azərbaycanda süd məhsullarının qiymətinə təsiri barədə böyük şirkətlərdən birinin mövqeyi öyrənilib. Şirkətdən bildirilib ki, regionda son vaxtlar baş verən proseslər nəticə etibarı ilə Ukrayna və Rusiya bazarından idxal etdikləri süd məhsullarına da təsirsiz ötüşməyib:

“Ukraynadan hazırda məhsul tədarükü olmadığından, həmin bazara düşən tələb Rusiya, Polşa kimi bazarlara doğru yönəlir. Tələbin təklifi ötməsi təəssüf ki, məhsulların qiymətində də öz əksini tapır”.

Rusiyadan tədarük edilən məhsullara gəldikdə isə, tanınan böyük şirkətlərdən birinin süd və süd məhsulları üzrə marketinq meneceri İsa Hüseynzadə bildirib ki, münaqişə zonasına yaxın yerləşən bölgələrdə hazırda ciddi istehsal və logistika problemləri var:

“Məhsul istehsalı minimum istehsal tələblərini qarşılamır və daşınma problemləri nəqliyyat vasitələrinin gec tapılmasından irəli gəlir. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir.

Digər bölgələrdən idxal olunan məhsullarda da ciddi qiymət artımı müşahidə edirik. Belə ki, əridilmiş pendir məhsullarında 20-22%, yağ məhsullarında 15%, qatılaşdırılmış süd məhsullarında isə 30-40% artım müşahidə edilir. İstehsalçılar bunu əsasən xammalın qiymətində olan artım ilə əlaqələndirirlər. Ancaq onu da əlavə edək ki, bu qiymətlər sabit olmaya bilər.

Digər ölkələrə gəldikdə isə həm nəqliyyat xərclərinin çox olması, həm də bahalı bazarın olması daha yüksək qiymətə məhsulların təklif olunmasına, dolayısı ilə yerli bazara rəqabətədavamlı qiymətlərin təklif olunmamasına gətirib çıxarır”.

Şirkətdən həmçinin bildirilib ki, onlara aid marketlərdə həm də yerli fabrik və zavodlardan aldıqları süd və süd məhsulları satışa çıxarılır:

“Bu məhsulların keyfiyyətinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və şirkətin daxili keyfiyyətə nəzarət komandası edir”.

Böyük şirkətlərdən birinin rəsmisi Aynurə Yusifzadə isə bildirir ki, özlərinin fermaları var:

“Bu səbəbdən də demək olar ki, əldən heç nə almırıq. Yalnız ehtiyac olduğu halda yerli fermerlərlə əməkdaşlıq edirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək

Next Post

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı qanuna DƏYİŞİKLİK

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı qanuna DƏYİŞİKLİK

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı qanuna DƏYİŞİKLİK

Neft Fondu gəlirlərini cüzi artırıb

Neft Fondu gəlirlərini cüzi artırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.