Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Elchi.az “Armenpress”ə istinadən xəbər verir ki, təkbətək keçən görüş Novo-Oqarevoda baş tutub.
Putin və Paşinyan kiçik dəyirmi masa arxasında kreslolarda oturublar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl verdiyi məlumata görə, Ermənistan baş nazirinin Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.
İki ölkə lideri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı gündəlikdəki məsələləri müzakirə edəcəklər.
Görüşdə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası da müzakirə mövzusu olacaq.
Paşinyanın Moskva səfəri bu gün və sabah davam edəcək.
Sabah – aprelin 20-də Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustin, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matvienko ilə görüşü nəzərdə tutulub.
Ermənistanın baş nazirinin Nijni Novqoroda səfəri də olacaq.




