"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Hərb tariximizi uydurmalarla çatdırmaqdan böyük yanlışlıq yoxdur”

08 Noyabr 2014 - 08:20
in MÖVQE

Fazil Mustafa: “İnsan yanlış üzərində böyüyəndə onda tarixi şüur doğru formalaşmır”15356

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var


Azərbaycanın orta məktəb dərsliklərində Türkiyə və digər ölkələrin hərb tarixinə məxsus qəhrəmanlıq epizodlarının yer alması bəzi elm adamları(moderator.az/?xeber=60711)

və hərbi ekspertlər kimi (moderator.az/?xeber=60716) millət vəkilləri tərəfindən də etirazla qarşılanmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu cür halların yolverilməz olduğunu qeyd etdi:

“Azərbaycanın hərb tarixi elə də zəngin deyil. Biz uzun müddət imperiya əsarətində yaşamışıq. Müstəqillik dönəmindəki hərb tariximiz isə 1918-ci ildə Qafqaz İslam Ordusunun əməliyyatları ilə bağlıdır. Qarabağ savaşı dövründə də müəyyən qəhrəmanlıq epizodları baş verib. Bütövlükdə isə Azərbaycanın hərb tarixi o qədər də böyük bir zamanı əhatə eləmir. Sovet dönəmində Azərbaycanın sovet qoşunları tərkibində hansısa müharibə və əməliyyatlarda iştirakı bütövlükdə Azərbaycanın hərb tarixi kimi dəyərləndirilə bilməz. Lakin biz heç bir halda plagiatlığa getməməliyik. Fərqli bir yol seçilməlidir. Bu yol da ondan ibarətdir ki, biz yalnız olanları qeyd etməliyik. Azərbaycanın hərb tarixində təbliğ olunması gərəkən qəhrəmanlıqlardan biri Nuru paşanın fəaliyyəti, döyüş yoludur. Bakının işğaldan azad edilməsi Azərbaycan hərb tarixinin ən şərəfli səhifəsidir. Bu düşüncə, bu zehniyyət geniş formalaşmadığı üçün buna layiqli qiymətini verə bilmirik. Bu baxımdan hesab edirəm ki, plagiata ehtiyac yoxdur. Türkiyə tarixinə məxsus olan epizodu türk hərb tarixində baş verən bir hadisə kimi ver, qoy insanlar bundan nümunə götürsünlər. Bunu əsassız yerə Azərbaycanla əlaqələndirməyə ehtiyac yoxdur. Çünki daha sonra bunun əsassız olaraq Azərbaycanla əlaqələndirilməsi meydana çıxanda, o zaman məyusedici bir ovqat yaranır ki, belə bir ovqat yaratmağa ehtiyac yoxdur. Hərb tariximizi, keçmişimizi insanlara uydurma, fantaziyalarla çatdırmaqdan böyük yanlışlıq yoxdur. Çünki insan yanlış üzərində böyüyəndə onda tarixi şüur doğru formalaşmır. Bizim də mübariə apardığımız budur ki, doğru tarixi şüurun formalaşması üçün daha obyektiv tarix anlayışına sahib olaq”.

Seymur Əliyev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərin gizli danışıqları

Next Post

Cihadçılar səyahət gəmilərində…

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Cihadçılar səyahət gəmilərində...

“Əl Qaidə” liderlərindən biri öldürüldü (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.