“Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk”.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, biz may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırıq: “AZAL-da həftənin 1-ci günündə nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq”.






