"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Birinci müavin ETİRAF ETDİ: “Pulları icra başçısının göstərişi ilə almışam”

21 Aprel 2022 - 16:24
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var


Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzovun istintaqa verdiyi ifadəsi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, 2001-2014-cü illərdə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

T.Novruzov istintaq ifadəsində deyib ki, 2014-cü il iyunun 8-də Kürdəmir RİH-in başçısının birinci müavini vəzifəsinə təyin olunub:

“Vəzifəyə təyin olunduğum dövrdən saxlanıldığım dövrədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov olub. O, 2016-cı ilin yanvar ayında məni xidməti otağına çağıraraq göstəriş verdi ki, rayonda olan müxtəlif abadlıq işlərinin görülməsi üçün Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatından aylıq olaraq 1 500-2 000 manat pul alıb ona verim. Onun göstərişinin qanunsuz olduğunu bildim, yenə də razılaşdım. Kombinatın direktoru Müşfiq Sadıqovu xidməti otağıma çağırdım və ona başçının verdiyi tapşırığı söylədim. Müşfiq Sadıqov da həmin vaxt razılaşdı və bir neçə gün sonra xidməti otağıma gələrək 1 500-2 000 manat məbləğində pulu təqdim etdi. Bundan sonra Ceyhun Cəfərovun xidməti otağına gedərək həmin pulu ona verdim. Ceyhun müəllim də həmin pulu saymadan oturduğu masanın kənarında olan daxıla qoydu. Həmin puldan da mənə 300-400 manat təqdim etdi.

Həmin dövrdən başlayaraq təxminən 2019-cu ilin aprel ayınadək mütəmadi olaraq ildə 4-5 dəfə olmaqla Kommunal Müəssisələr Kombinatının direktorundan 1 500-2 000 manat məbləğində pulu xidməti otağımda alıb təklikdə şəxsən Ceyhun Cəfərova vermişəm. O isə həmin puldan hər dəfə mənə 300-400 manat təqdim edirdi.

Sonra Müşfiq Sadıqov vəfat etdi. Həmin müəssisəyə rəhbərlik onun oğlu Emin Sadıqova tapşırıldı. Emin Sadıqovdan da mütəmadi olaraq həmin məbləğdə pulu alaraq Ceyhun Cəfərova verirdim. 2019-cu ilin təxminən oktyabr ayında Kommunal Müəssisələr Kombinatının direktoru Emin Sadıqov həmin vəzifədən azad edilib, digər vəzifəyə keçirildi. Kombinata direktor isə Məhəmmədəli Surxayev təyin olundu. Yenə eyni qaydada onu xidməti otağıma çağıraraq Ceyhun Cəfərovun göstərişi barədə məlumat verdim və o da razılaşdı. 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar, fevral və mart aylarında mənə hər ay 1 000-2 000 manat məbləğində, bir dəfə də karantin rejimi vaxtında əlavə olaraq yenidən 1 000-2 000 manat məbləğində pul təqdim edib. Mən də həmin pulu təklikdə Ceyhun Cəfərova vermişəm. O da həmin puldan mənə həmişəki kimi 300-400 manat pul verdi”.

T.Novruzov istintaqda Kürdəmir RİH-in həbsdə olan başçısı Ceyhun Cəfərovun göstərişi ilə Rayon Təhsil Şöbəsinin inspektoru Mətləb Allahverdiyevdən 35-40 min manat və Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Eynulla Novruzovdan aylıq olaraq 3-4 min manat pul aldığını etiraf edib.

O, əlavə olaraq ifadəsində vurğulayıb ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin vəzifəli şəxsi Mətləb Allahverdiyev, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının direktoru Müşfiq Sadıqov, Emin Sadıqov və Məhəmmədəli Surxayev, Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov həbsdə olan icra başçısı Ceyhun Cəfərovun onları həm xidməti otağında, həm də rayon səviyyəli tədbirlərdə danlayacağını, irad bildirəcəyini, işlərinə maneçilik törədəcəklərini bildikləri üçün həmin pulu verməyə razılaşaraq etiraz etməyiblər.

T.Novruzov məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmin şəxslərdən pulları rayonda əsaslı təmir və abadlıq işləri aparıldığı üçün aldığını söyləyib.

Qeyd edək ki, Ceyhun Cəfərov, Tacəddin Novruzov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərovla Tacəddin Novruzovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ötən il Azərbaycanda 3,8 mln. ton tullantı əmələ gəlib

Next Post

Prezident diasporun inkişafında xidməti olanları təltif edib – SİYAHI

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Prezident dini qurumlara maliyyə yardımı ayırıb

Prezident diasporun inkişafında xidməti olanları təltif edib - SİYAHI

Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.