SSRİ-nin sonuncu marşalı, müdafiə naziri Dmitri Yazov 90 illik yubileyini qeyd edir.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hazırda Rusiyanın Omsk şəhərində yaşayan D. Yazovun yubileyi münasibəti ilə xüsusi sərgi açılıb.
Sərgidə onun ailə şəkilləri, hərbi geyimlər, medallar, suvenirlər və digər əşyalar təqdim edilib.



