Azərbaycanda elektrik enerjisinə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə The Green for
Growth Fund, Southeast Europe (GGF) “Muğanbank” ASC- yə 5 milyon ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırıb. Bankdan AzərTAc-a bildirilib ki, bu vəsait banka Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən ilk maliyyə təşkilatlarından biri olmağa imkan verəcək. “Muğanbank” Azərbaycanda enerji səmərəliliyinin artırılmasını, həmçinin karbon qazı tullantılarının azaldılmasını stimullaşdırmaqda etibarlı tərəfdaşdır. GGF-in investisiyasından əlavə, onun Texniki Yardım Xidməti banka enerji səmərəliliyi üzrə məhsullarla işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərəcəkdir.
Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq
Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az xəbər verir ki, bu...



