"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vurğun Əyyubdan Arif Hacılıya sərt ittihamlar…

08 Noyabr 2014 - 20:49
in CƏMİYYƏT MANŞET
“Partiyanın qurulmasında heç bir əməyi olmayanlar illərini partiyaya sərf edənləri qovmaqla hədələyir”vurgun eyyub_1

Noyabrın 8-də Müsavat Partiyasının qərargahında başqanlığa keçmiş namizəd Qubad İbadoğlu öz tərəfdarları ilə ikinci görüş keçirib. Musavat.com-un xəbərinə görə, tədbirdə 150-yə yaxın narazı müsavatçı iştirak edib.
Müsavat Partiyasının himni ilə başlanan tədbirdə ilk olaraq çıxış edən Vurğun Əyyub bildirib ki, müsavatçılar can qoyduqları partiyanın narahat olub buraya gəliblər: “Ünvanımıza deyilən yalan və təhqirlərdən fərqli olaraq, biz buraya partiyanın taleyindən narahat olduğumuza görə gəlmişik”.
O qeyd edib ki, narazıların partiya rəhbərliyinə yazdığı arayışa artıq cavab verilib və bu görüşdə həmin rəy müzakirə ediləcək.
Qubad İbadoğlu isə bildirib ki, onlar daim sülh tərəfdarı olublar: “Biz sülh tərəfdarıyıq. Biz birliklə bağlı mövqeyimizi irəli sürmüşdük. Müsavat bu vəziyyətə düşməyə layiq partiya deyil. Güclənməyə layiq partiyadır”.
Onun sözlərinə görə, qurultaydan və başqanlıq seçkisindən narazılar partiyanın güclənməsi, problemlərin aradan qalxması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Q.İbadoğlunun sözlərinə görə, artıq onların partiya rəhbərliyinə ünvanladığı rəsmi arayış-məktuba cavab verilib və onlar bu müraciəti müzakirə etmək üçün toplaşıblar: “Həm arayışa verdikləri rəyi müzakirə edəcəyik. Həm də bundan sonra atacağımız addımlar müzakirə olunacaq. Bununla bağlı çox müxtəlif təkliflər var, fərdi və qrup görüşlərimiz zamanı müxtəlif təkliflər səsləndirilib. Biz bunları müzakirə edəcəyik”.
Q.İbadoğlu deyib ki, bu tədbirdə bütün başqanlığa namizədlərin iştirakını arzu edirdi: “Çox arzu edərdim ki, başqanlığa namizədlər tədbirdə iştirak edəydi. Bununla bağlı mətbuat vasitəsi ilə müraciət də etmişəm. Ancaq təkcə Səxavət Əlisoy iştirak edir. Ancaq bütün namizədlərin müzakirə aparması vacibdir”.
Q.İbadoğlu bildirib ki, arayışa verilən rəydən razı deyil: “Rəydə yazılanlar göstərir ki, onlar tərəfindən araşdırma aparılmayıb, verdiyimiz faktlar öyrənilməyib. Təəssüf ki, ədalətli seçki olmadı”.
O qeyd edib ki, bir neçə rayonda seçkidən əvvəl qurultay nümayəndələrinin seçimində ciddi nöqsanlar olub, bu nöqsanlar da seçkinin nəticəsinə ciddi təsir edib.
Q.İbadoğlu həmçinin qeyd edib ki, müzakirə edilən məsələlərdən biri fraksiya məsələsidir: “Bununla bağlı ciddi müzakirə gedir. Mən özüm də beynəlxalq təcrübə ilə tanış oldum. Normal ölkələrdə belə faktlar var. Almaniyada, Fransada və sair ölkələrdə fraksiyalar var. Ancaq bu fraksiyalar hansısa qrupun mövqeyini müdafiə etmir, ideoloji yönümlüdür, ideoloji əsaslara söykənir. Fraksiyanın pis nümunəsini də Xalq Cəbhəsi Partiyasında görmüşük. Biz Müsavatın belə olmasını istəmirik”.
Q.İbadoğlu tərəfdarlarına müraciət edərək onları səbrli olmağa, partiya sıralarını tərk etməməyə də çağırıb. O həmçinin apardıqları mübarizənin qalibiyyətlə yekunlaşacağına inamını da ifadə edib.
Vurğun Əyyub isə deyib ki, partiya rəhbərliyi narazılıqları dinləmək əvəzinə növbəti nizamnamə pozuntularına gedilir: “Nizamnamə pozuntularına son qoyun!”. Onun sözlərinə görə, Müsavat Partiyasının qurulmasında heç bir əməyi olmayan, illər sonra partiyaya qoşulanlar illərini partiyaya, mübarizəyə sərf edənləri partiyadan qovmaqla hədələyir.
O həmçinin deyib ki, narazılar növbəti addımlarla bağlı çoxsaylı təklifləri müzakirəyə çıxarmalıdır: Bu təkliflərdən biri də odur ki, partiyada qalmaqla ictimai qurum yaradaq. Bununla partiyadan istefa verənləri də aramıza ala bilərik. Mən də müraciət edirəm və istefaya getməməyə çağırıram. Bununla onlar kimlərinsə hərəkətlərin yardım etmiş olurlar”.
Digər çıxış edənlər də fraksiya qərarını dəstəkləyiblər. Partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev, Sədaqət Paşayeva, Xəyyam Məmmədli fraksiya yaradılmasını təklif ediblər.
Müsavat qadınlar təşkilatının sədri Ellada Məmmədli də bildirib ki, narazılar birləşib fraksiya, yaxud ona bənzər bir birlik yaratmalıdır.
Tural Abbaslının tərəfdarlarından olan Rüfət Hacıbəyli də fraksiya təklifini dəstəkləyib: “Fraksiya bizə lazımdır. Bu, nizamnamə pozuntusu deyil”.
Başqanlığa keçmiş namizədlərdən olan Səxavət Əlisoy isə deyib ki, heç vaxt bu cür müzakirələrin olacağını güman etmirdi: “Hakimiyyətin saxtakarlığına qarşı mübarizə aparan Müsavat hazırda öz içindəki saxtakarlığı müzakirə edir”. O deyib ki, narazılara olan təhqirlərin başında başqan Arif Hacılı dayanır: “Yoxsa icazə verməzdi bu dərəcədə təhqirlərin olmasına”. O, fraksiyanın tərəfdarı olduğunu bildirib və deyib ki, iclasın gedişində bu təklif səsə qoyulsun.
Çıxış edən ondan artıq müsavatçı fraksiya yaradılmasını təklif edib. Onlar bildiriblər ki, bu, yeni mərhələnin başlanğıcı olacaq. Həmçinin VIII qurultayın qərarlarının ləğv olunması üçün imza toplanması da təklif edilib.
Qubad İbadoğlu isə çoxsaylı təkliflərdən sonra yenidən çıxış edərək bildirib ki, tələsmək lazım deyil: “Müsavatın bütövlüyünü qorumalıyıq”. Müzakirələrdən sonra narazılar işçi qrupu yaratdılar və bir ay sonra toplanmağı qərara aldılar. İşçi qrup növbəti toplantıya qədər . İşçi qrupa Qubad İbadoğlu, Səxavət Əlisoy, həmçinin iştirak etməyi arzu edən rayon təşkilatlarının sədrləri, qadınlar birliyinin sədri daxil edilib. Təklif səsə qoyulub və heç kim buna etiraz etməyib. Həmçinin bildirilib ki, Tural Abbaslı da işçi qrupa qoşula bilər.

















Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qənirə Paşayeva kəlbəcərli girovlarla bağlı dünya türklərinə səsləndi…

Next Post

Şəhidin medalı Gəncədə ailəsinə təqdim edilib – FOTOSESSİYA

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Şəhidin medalı Gəncədə ailəsinə təqdim edilib - FOTOSESSİYA

Başına 25 milyon dollar qoyulan İŞİD lideri- FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.