Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı məsələni müzakirə ediblər.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamasından indiyədək liderlər arasında beşinci söhbətdir. Ərdoğan danışıqlar zamanı rusiyalı həmkarı Vladimir Putinə Moskva və Kiyev nümayəndə heyətlərinin İstanbulda danışıqlar prosesini davam etdirməyi təklif edib.





