"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət quruculuğu istiqamətində qanunvericliyi təkmilləşdirməliyik”

26 Aprel 2022 - 16:01
in MANŞET

Qüdrət Həsənquliyev: “Bu da Milli Məclisin rolunun artırılmasına öz müsbət təsirini göstərmiş olar”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Hörmətli sədr, qeyd etdiyiniz kimi sizin tövsiyyənizlə iqtisadiyyat komitəsinin iclasına siyasi partiyalar dəvət olunmuşdu. Hörmətli Tahir Mirkişili çox demokratik və peşəkar bir müzakirə təşkil etdi. Orada bir çox fikirləri səsləndirmişəm. Plenar iclasda isə sadəcə bir məsələni yenidən hörmətli həmkarlarımın və qonaqların diqqətinə çatdırmaq istəyirəm”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında səsləndirib.
Millət vəkili “düşünürəm ki, biz, Hesaplama Palatası haqqında qanuna dəyişiklik etməliyik”,- deyə bildirib: “İqtidar təmsilçilərinin əldən vermək istəmədiyi və buna görə özəlləşdirmədiyi, rentabelli olmayan və vergi borclarını ödəməyən iri dövlət müəssisələri ilk növbədə yoxlanılmalı, audit olunmalıdır. Yəni bu tələb düşünürəm ki, qanunvericiliyə daxil edilsə doğru olar. Çünki sadə insanlar da bilir ki, bunun səbəbi bir çox hallarda saxta tenderlər və xərclərin şişirdilməsidir. Bu günlərdə ABŞ səfiri də bəyan etdi ki, Qarabağda açıq tenderlər keçirilərsə, bərpa işlərinə Amerika Birləşmiş Ştatları da qatıla bilər. Mən Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirirəm və səs verəcəyəm. Hesablama Palatası həm də yeganə orqandır ki, büdcə gəlirlərini təmin edən, büdcəyə vəsait toplayan, o cümlədən oğrulanmış büdcə vəsaitlərini geri qaytaran istintaq və məhkəmə orqanlarından fərqli olaraq, müəyyən mənimsənilmiş vəsaitlərin büdcəyə qaytarılmasını təmin etsə də, həmin hissədən özünə pay istəmir. Biz bilirik ki, digər dövlət orqanları belə təşəbbüslərlə çıxış ediblər. Çox təəssüf, biz də dəstəkləmişik ki, həmin vəsaitin bir hissəsi həmin dövlət orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə və onların işçilərinin sosial müdafiəsinin daha yaxşı təmin olunmasına sərf olunsun.
Hörməti sədr!
Mən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Biz, bilirik ki, bu hesabatlar həm də fəaliyyətin qiymətləndirilməsidir. Amma heç bir qanunvericilikdə öz əksini tapmayıb ki, əgər, Milli Məclisdə hesabat mənfi qiymətləndirilsə, bu hansı hüquqi nəticələr doğurur. Burada hörmətli Tahir müəllim dedi ki, Hesablama Palatası haqqında qanunun 7-ci maddəsində qeyd olunur ki, Hesablama Palatası illik hesabat verir. 17-ci maddədə də Hesablama Palatası üzvlərinin səlahiyyətlərinə hansı hallarda vaxtından əvvəl xitam verilir, həmin dairə müəyyən olunub. Düşünürəm ki, o da qeyd olunmalıdır ki, əgər Hesablama Palatasının fəaliyyəti Milli Məclis tərəfindən mənfi qiymətləndirilirsə, o halda Hesablama Palatası bütünlüklə istefaya göndərilməlidir. Eyni zamanda mən vaxtilə də bu məsələni qaldırmışam. Bizdə 2002-ci il dekabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlıər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun var. Bu 4 maddədən ibarət kiçik bir qanundur. Orada da əgər Milli Məclis Nazirlər Kabinetinə etimad göstərmirsə, yəni onun hesabatı bəyənilmirsə, o halda hansı hüquqi nəticələr doğurur. Mən düşünürəm ki, nəinki hesabata mənfi rəy verəndə Nazirlər Kabineti, həm də əgər parlamentin komitələrində ayrı-ayrı nazirliklərin fəaliyyəti ilə əlaqədar dinləmələr keçirilirsə, Milli Məclis onların fəaliyətini qeyri-qənaətbəxş hesab edirsə, bu halda da həmin nazirlər istefaya göndərilməldiir. Düşünürəm ki, dövlət quruculuğu iqtiqamətində qanunvericliyi təkmilləşdirməliyik. Bu da Milli Məclisin rolunun artırılmasına, həm də həmin dövlət orqanlarının məsuliyyətinin artmasına öz müsbət təsirini göstərmiş olar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşa şəhərinin adından istifadə qaydası müəyyənləşir

Next Post

Prezident Latviyanın müdafiə nazirini qəbul edib – YENİLƏNİB

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Prezident Latviyanın müdafiə nazirini qəbul edib – YENİLƏNİB

Prezident Latviyanın müdafiə nazirini qəbul edib - YENİLƏNİB

Parlamentdə pensiya yaşı müzakirəyə ÇIXARILDI

Parlamentdə pensiya yaşı müzakirəyə ÇIXARILDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.