"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putinin keçmiş dostu onun səhhətindən DANIŞDI

26 Aprel 2022 - 16:58
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Xarici KİV-lər mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinin səhhətindəki problemlər barədə xəbərlər yayır.

Bəziləri onun xərçəng olduğunu iddia edir, digərləri Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirir.

Elchi.az Modern.az-a istinadən xəbər verir ki, Vladimir Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov Rusiya prezidentinin səhhətindəki problemlər barədə danışıb.

O, bununla bağlı bildikləırini ukraynalı jurnalist Alesya Batsmanla müsahibəsində bölüşüb.

Jurnalist Sergey Puqaçovdan Putinin səhhətinin necə olduğunu və onun tezliklə öləcəyinə ümid edib-etmədiyini soruşub. Milyarder cavabında bunu heç kimin bilmədiyini vurğulayıb.

“Onun səhhəti pis deyil. Amma bir şey yadımdadır ki, mən onun yanında olarkən atdan yıxılıb onurğasını zədələmişdi, başqa ciddi heç nə xatırlamıram. Həmin hadisədən sonra Putin iki ay pis yeridi, uzandı, korset geyindi. Onun bu problemi illərlə davam etdi”,- Putinin keçmiş dostu deyib.

Puqaçov əlavə edib ki, Rusiya Federasiyasının rəhbəri hər hansı onkoloji xəstəliklə bağlı sirrini onunla bölüşməyib.

“Hamamda mən onunla buxar vannası qəbul etdim, belə bir şey görmədim”.

O, Putini hansı sonun gözləyə biləcəyinə də cavab verib:

“Mən onun hərbi cinayətkar kimi hansısa tribunalda müttəhimlər kürsüsündə görmək istərdim”.

İş adamı Sergey Puqaçov əvəllər Rusiya Federasiya Şurasının üzvü olub. 1990-cı illərdə Puqaçov Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin yaxın adamı və 1996-cı ildə onun seçki qərargahının rəhbərlərindən biri idi.

Sergey Puqaçov Vladimir Putinlə 1990-cı illərin əvvəllərində Sankt-Peterburqda tanış olub.

Biznesmenin sözlərinə görə, 1990-cı illərin sonundan təxminən 2010-cu ilə qədər o, Putinlə çox yaxın olub, demək olar ki, hər gün söhbət ediblər. Mətbuatda Puqaçovu “Kreml bankiri”, “Putinin bankiri” adlandırırdılar.

İndi Puqaçov Fransada yaşayır və oradan vətəndaşlıq alıb. Rusiyada Puqaçova qarşı “Mejprombank”ın vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi açılıb və barəsində qiyabi həbs cəzası kəsilib.

2015-ci ildə Puqaçov Haaqa Məhkəməsində Rusiyaya qarşı 10 milyard dollarlıq iddia qaldırıb. Milyarder Rusiya hakimiyyətini onun dörd aktivini müsadirə etməkdə ittiham edib. Daha sonra iş adamı iddiaları 15 milyard dollara çatdırıb.

Daha əvvəl xarici KİV-lər bildirmişdilər ki, oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putini hazırda tiroid xərçəngi cərrahı da daxil olmaqla böyük bir həkim briqadası müşayiət edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu şəxslərin pensiyası 170 manat artacaq

Next Post

Hökməlinin həll edilməyən su və yol problemi: Qurumlar “səbr edin” deyir

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post
Hökməlinin həll edilməyən su və yol problemi: Qurumlar “səbr edin” deyir

Hökməlinin həll edilməyən su və yol problemi: Qurumlar "səbr edin" deyir

Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.