Ermənistanın Baş nazirini müşayiət edən avtomobil korteji gənc hamilə qadını vurub.
Elchi.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə İrəvandakı Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində baş verib.
Dünənki olay nəticəsinə xəstəxanaya yerləşdirilən 29 yaşlı qadının əvvəlcə bətnindəki körpə ölüb. Daha sonra özü də dünyasını dəyişib.
Nairi Tibb Mərkəzinin baş həkimi Anatoli Qnuni deyib ki, 1,5 saat davam edən təcili reanimasiya tədbirlərinə baxmayaraq, ana və uşağını xilas etmək mümkün olmayıb.
Hadisə İrəvanda Paşinyana qarşı kəskinləşən etirazları bir qədər də alovlandırıb.





