“AMEA-da kompleks islahatlarla bağlı xeyli təkliflər olub, amma ortada modern konsepsiya yoxdur, bu ciddi qüsurdur”.
Elchi.az xəbər verir ki, bu sözləri AMEA vitse-prezidenti Rasim Əliquliyev ümumi yığıncaqda deyib.
O, bu barədə Azərbaycan Prezidentinə müraciət edilməyin vacibliyini qeyd edib:
“Təklif edirik ki, islahatlar komissiyası yaradılsın. Bunun ölkə başçısına təqdim olunması məqsədəuyğundur”.




