NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Azərbaycana səfər edəcək.
Elchi.az xəbər verir ki, NATO rəsmisi aprelin 28-29-da Azərbaycanda səfərdə olacaq.
NATO baş katibinin xüsusi nümayəndəsi Bakıda bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, bundan əvvəl Xavier Kolomina Ermənistan və Gürcüstana səfər edib.





