“COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv həll olardı”.
Elchi.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge deyib. Onun sözlərinə görə, bir doza vurulsun və bitsin dərəcəsinə hələ ki, çatmamışıq:
“Ümumilikdə baxdıqda isə hadisələrin gedişi yaxşıdır. Lakin mən xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Kimsə artıq peyvənd olunubsa, mütləq gücləndirici doza vurdurmalıdır. Mən dünən Azərbaycan prezidenti tərəfindən qəbul edildim və orada da qeyd etdim ki, burada peyvəndləmə göstəricisi olduqca yaxşıdır. Peyvəndlərin ve tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması təqdirə layiqdir. Buna göre ölkənizə təşəkkür edirəm. Bu qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş addımdır”.





