"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SOCAR: “Daşgil-2” terminalının tikintisi 2025-ci ildə tamamlanacaq

28 Aprel 2022 - 11:50
in İQTİSADİYYAT

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” qaz-kondensat blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalını həyata keçirəcək “Daşgil-2” terminalının tikintisi 2025-ci ilin dördüncü rübündə tamamlanacaq.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Verilən məlumata görə, layihə çərçivəsində mühəndislik işlərinin “FEED” (ilkin layihələndirmə – red.) mərhələsi artıq tamamlanıb, işlər hazırda detallı layihələndirmə mərhələsindədir.

Qeyd olunub ki, satınalmalar davam edir və bir sıra avadanlıqlar üçün tamamlanıb. Tikinti baxımından, ilkin torpaqlama işləri tamamlanıb, o cümlədən müvəqqəti yollar, binalar və şəhərcik salınıb, hasarlama aparılıb.

“Əsas tikinti üçün sahəyə mobilizasiya işlərinə başlanılmışdır. Terminalın tikintisinin 2025-ci ilin 4-cü rübündə tamamlanması nəzərdə tutulur”, – məlumatda vurğulanıb.

Bununla yanaşı, “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xəttinin tikintisi çərçivəsində sualtı avadanlıqların (əks klapan və Y-tipli birləşmə) metalkonstruksiya işləri artıq tamamlanıb, cari ilin may ayında dəniz dibinə buraxılması planlaşdırılır. Bunun üçün “Qurban Abbasov” kran-gəmisinin mobilizasiyası aparılır. Dəniz dibinin dərinləşdirmə işləri və sahilə çıxışda xəndəyin qazılması tamamlanıb. Bəndin (damba) tikinti işləri tamamlandırılıb, avadanlıq sahəyə mobilizasiya olunub.

“Sahilə yaxın yerdə, borudüzən gəmisinin lövbərlərinin atılması əməliyyatı aparılıb. “İsrafil Hüseynov” borudüzən gəmisinin mobilizasiyası tamamlanıb, gəmi ilk nöqtəsinə yaxınlaşıb, nəql xəttinin tikintisinə uğurla başlanılıb”, – SOCAR-dan bildirilib.

Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (“Ümid-2”) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. “Daşgil-2” terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq.

Xatırladaq ki, “Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəşad Nəbiyev: İT mütəxəssislərinin sayı bazar tələblərinə uyğun gəlmir

Next Post

Rusiya XİN ABŞ-a xəbərdarlıq edib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Rəsmi Moskva: “Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da…”

Rusiya XİN ABŞ-a xəbərdarlıq edib

Azercell “010” prefiksli” yeni nömrələri satışa çıxarıb

Azercell “010” prefiksli" yeni nömrələri satışa çıxarıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.