“Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi üçün yeni dəyişikliklər olacaq”.
Bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb: “Bu komissiyanın işi yekunlaşmaq üzrədir. Həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq. Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinı dair müəyyən dəyişikliklər olacaq”.





