"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bundestaq Ukraynaya ağır silahların göndərilməsinə dair qərar qəbul edib

28 Aprel 2022 - 14:42
in MÖVQE

Bu gün Almaniya Bundestaqı Ukraynaya ağır silahların göndərilməsi barədə qərar verib.

Deputatların 586-sı qərarın lehinə, 100-ü əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Almaniyanın vitse-kansleri Robert Habek deyib ki, o, federal hökumətin təhlükəsizlik kabinetinin iclaslarında Ukraynaya hərbi yardımın göndərilməsini hər zaman dəstəkləyib.

O, bir il öncə Ukraynaya səfərini xatırladıb və əlavə edib ki, bu səfər çərçivəsində o, Donbasa, Mariupola, Kiyevə gedib: “Ancaq indi mən bir il əvvəl Mariupolda qaldığım mehmanxananın tamamilə dağıdıldığını gördüm. Bu şəhərdə gördüyüm insanların sağ qalıb-qalmamasını bilmirəm”.

Almaniyalı nazir bildirib ki, Kiyevə səfərində o, 2014-cü ildən bəri davam edən müharibə və toqquşmalarda həlak olan ukraynalılarla bağlı xatirə divarını ziyarət edib: “Bu müharibədə ölənlər sadəcə rəqəm deyil, insanlardır, gənclərdir, qadınlardır”.

Almaniyanın vitse-kansleri Ukraynaya silahların göndərilməsi ilə bağlı Bundestaqdakı səsverməni mürəkkəb adlandırıb.

“Bizim verdiyimiz qərarlar insanlara təsir edir, onları öldürür. Biz ora silahlar göndərəcəyik, onda cavan əsgərlər öləcək – rus əsgərləri. Dürüst şəkildə deyək ki, bu gənclərin – rus çağırışçıların daha yaxşı həyatı ola bilərdi, nəinki Putin üçün öz həyatlarını itirmək. Bəlkə də onlar ukraynalı həmkarları ilə futbol oynamaq, şərab içmək istəyərdilər. Lakin dəqiqdir ki, onlar ölmək istəməzdilər. Silah göndərməklə bağlı məsələ çətin qərardır, mən bununla razılaşmayanları da başa düşürəm və hörmət edirəm. Lakin mənim gəldiyim nəticə fərqlidir. Siz yardım etməsəniz belə insanların ölümünə kömək etmiş olursunuz. Bu kontekstdə nəzərə alsaq ki, ukraynalılar öz həyatları üçün vuruşurlar, onların təcavüzdən, kütləvi güllələnmə və qırğınlardan müdafiəsinə kömək etmək üçün biz silahlar verərək onları dəstəkləməliyik. Təbii ki, bu, daha çox ölüm deməkdir. Ancaq biz silah dəstəyi verməməklə düşünsək ki, müharibə tezliklə dayanacaq, ölümlər dayanacaq, bununla biz Ukraynanın parçalanmasını qəbul etmiş olacağıq. İnsanlar qırğınla üzləşəcək, biz Buçada nə baş verdiyini gördük. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, doğru qərar Ukraynanın ağıq silahlarla təmin etməkdir. Mən bilirəm ki, özümü günahkar hiss edəcəyəm. Ancaq Putin yalnız Ukraynaya hücum etmir, o, Avropada sülhə hücum edir. Ukrayna azadlığı, ərazi bütövlüyü üçün, lakin eyni zamanda, Avropa dəyərləri, sülh və azadlıq üçün savaşır. Ona görə də bu müharibədə Ukrayna uduzmamalı və Putin bu müharibədə qalib gəlməməlidir”, – Almaniyanın vitse-kansleri vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazir: “Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiya yaradılıb”

Next Post

AMİP sədri: “Partiyalar narkomaniya ilə mübarizədə kənarda qalıb” – VİDEO

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
AMİP sədri: “Partiyalar narkomaniya ilə mübarizədə kənarda qalıb” – VİDEO

AMİP sədri: “Partiyalar narkomaniya ilə mübarizədə kənarda qalıb” – VİDEO

Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək

Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.