Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışğı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Prezident Ərdoğan İstanbul danışıqlarında əldə edilən sürəti artıraraq bölgədə ən qısa zamanda qalıcı sülhün bərqərar olmasını istədiklərini dilə gətirib.
Bundan əlavə, o, kəşfiyyat xidmətləri arasında dialoqun davam etdirilməsinin, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması və sülhə gedən yolda vasitəçilik üçün təşəbbüs göstərməyə hazır olduğunu bildirib.
***
14:44
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, Ərdoğan və Putin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların mübadiləsini, Ukraynadakı vəziyyəti müzakirə ediblər.






