Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat”ın quruluşunun 25 illiyi münasibətilə təbrik mesajı
yayıb. Musavat.com xəbər verir ki, Arif Hacılının Facebook vasitəsilə paylaşdığı təbrikdə deyilir:
yayıb. Musavat.com xəbər verir ki, Arif Hacılının Facebook vasitəsilə paylaşdığı təbrikdə deyilir:“Bu gün “Yeni Müsavat” qəzetinin ilk sayının dərc olunmasının 25 illiyidir. “Yeni Müsavat” qəzetinin Azəbaycanın mətbuat tarixində müsavatçılıq ideyaları və istiqlal məfkurəsinin yayılması, demokratik dövlət quruculiğu, avtoritarizmə qarşı mübarizə işinə zaman- zaman öz töhfələrini verən mətbuat orqanlarından biri kimi özünəməxsus yeri var.
Bu qəzetin baş redaktoru və əməkdaşları dövrün ağır şərtlərinə, təqiblərə, həbslərə baxmayaraq sevimli qəzetlərini həmişə ölkənin əsas mətbuat orqanlarından biri kimi qoruyub saxlamağa nail olub. Bu gün ilk təcrübəsini “Yeni Müsavat”da keçmiş çoxsaylı jurnalistlər ölkənin müxtəlif mətbuat orqanlarında aparıcı mövqelər tutur.
“Yeni Müsavat”ın qurucusu və bu illər ərzində əvəzsiz baş redaktoru Rauf Arifoğlu başda olmaqla qəzetin kollektivini, “Yeni Müsavat”da çalışmış hər kəsi qəzetin ilk sayının dərc olunmasının 25 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm”.



