"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müsavat parçalanır

11 Noyabr 2014 - 10:00
in SİYASƏT

Müsavat Partiyasında iki aya yaxın davam edən narazılıqların parçalanma ilə başa çatacağı istisna deyil.img1635100 Artıq xeyli müddətdir haqqında danışılan fraksiya söhbətləri açıq müzakirəyə çevrilib. Başqanlığa narazı namizədlərdən Qubad İbadoğlunun tərəfdarları ilə ikinci görüşündə məsələ sərt şəkildə qoyulub və əksər narazılar fraksiya yaradılmasına təkid ediblər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy da bu təklifin tərəfdarı olduğunu vurğulayıb, Tural Abbaslı isə tədbirdə özü iştirak etməsə də, tərəfdarları vasitəsilə təklifi dəstəklədiyi barədə mesaj çatdırıb. Q. İbadoğlu isə tərəfdarlarına bir qədər səbrli olmağı məsləhət görüb. Ancaq müzakirə üçün bir ay vaxt verilib və bu müddətdə işçi qrup fəaliyyət göstərərək fraksiya məsələsini ciddi şəkildə müzakirəyə çıxararaq son nəticəyə gəlinməsinə kömək edəcək.
S.Əlisoy məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, bir ay ərzində fraksiya üçün hüquqi əsaslar hazırlanacaq, bütün rayon təşkilatları ilə bu barədə məsləhətləşmələr olacaq, onlara geniş məlumat veriləcək: “Ümumən bir aya işi yekunlaşdıracağıq. Bilmək istəyirik ki, fraksiya tərəfdarları nə qədərdir. Məsələ yeni yaradılan işçi qrupunda müzakirə olunacaq. Hər şey detallarına qədər həllini tapacaq. Sadəcə olaraq, tədbirdə Müsavat Partiyası üzvlərinin bir qismi iştirak edirdi, narazıların bir qismi idi, hamı gəlməmişdi. Buna görə fraksiyanı yaratmadıq. İstədik ki, rayon təşkilatlarında olan yüzlərlə narazılara bu barədə məlumat verilsin. Biz fikirləşirik ki, hansı formada partiyada fəaliyyətimizi davam etdirə bilərik. Ən uyğun forma fraksiyadır. Artıq siyahıyaalma başlayıb, bir neçə rayon təşkilatından da mənə zəng olub. Biz bu məsələləri işçi qrupun toplantısında dəyərləndirəcəyik, fraksiya yaradılması üçün daha çevik üsullar axtaracağıq”.
T.Abbaslı isə qeyd edib ki, fəaliyyətə başlayan işçi qrupu fraksiya məsələsini ciddi şəkildə gündəmdə saxlayacaq və müzakirə edəcək: “Təəssüf edirəm ki, fraksiya məsələsi bilərəkdən və ya siyasi savadsızlıqdan partiya daxilində bölücülük kimi təqdim olunur. Ya siyasi savadları çatmır, ya da qərəzlidirlər. Bu, eyni düşünən insanların birliyidir. Fraksiya bir çox ölkələrdə siyasi partiyaların təcrübəsində var və heç kim də onları xalq düşməni elan edib, dar ağacından asmağı təklif etmir.
Bizdə bu, müsavatçıları qarşı-qarşıya qoymaq naminə belə deyilir, bunlar yalan, iftira və böhtandır. Mən partiyanın bugünkü idarəetmə metodundan narazıyam. Partiyadaxili münasibətlərdən, rayon təşkilatları, strukturları arasındakı münasibətdən narazıyam. Fraksiya nizamnamə ilə mənə verilən haqqımdır ki, öz hüquqlarımı qoruyum. Bu, həm də partiyadan istefa verib getmək istəyənlərin qarşısını almaq məqsədi daşıyır. Artıq onlarla partiya üzvü istefa verib, hətta bərpa komitəsinin üzvü belə istefa verib. Bəziləri burada qeyri-adi heç nə yoxdur kimi özlərini aparırlar. Ancaq bu partiya bizim hamımızındır. Kimlərinsə şəxsi ambisiyasına qurban verəsi deyilik. Düşünürəm ki, yaxın vaxtlarda fraksiya elan olunacaq. Artıq işçi qrupu fəaliyyətə başlayıb”.
Müsavat başqanının müavinləri isə bu məsələyə isti yanaşmırlar. Elman Fəttah bildirib ki, fraksiya yaradılmasına münasibəti qəti və konkretdir: “Müsavat Partiyasında heç bir fraksiyanın yaradılması baş verməməlidir və baş verməyəcək. Şəxsən mən fraksiya xəbərlərinə qarşıyam. Müsavatın vahid ideoloji siyasi xətti var. Fraksiya bu vahid ideoloji xəttə qarşı olan bir məsələdir. Ona görə partiya daxilində fraksiya yaradılması yolverilməzdir. Bu məsələyə münasibətim mənfidir”.
E.Fəttah deyib ki, fraksiya yaradılması barədə söhbətlərin partiya rəhbərliyində müzakirə olunmasını təklif edəcək: “Partiya rəhbərliyi buna mövqeyini bildirməlidir. Nə qərar veriləcək, bunu deyə bilmərəm. Amma fraksiya yaradılması cəhdlərinə qarşı partiyanın qəti qərarı olmalıdır”.
Gülağa Aslanlı isə qeyd edib ki, fraksiya məsələsi ciddiləşərsə, partiya öz mövqeyini ortaya qoyacaq: “Əgər fraksiya məsələsi gündəmə gələcəksə, müzakirəyə başlayacaqlarsa, partiya da bu məsələdə mövqeyini ortaya qoyacaq. Bu, nizamnamə pozuntusudur. Nizamnamə pozuntusuna yol verənlərlərlə müzakirə edilib qərar veriləcək. Müsavat Partiyasının nizamnaməsində fraksiya yaradılmasına icazə verilməsi haqqında heç bir maddə yoxdur. Nizamnamədə ancaq icazə verilən şeylər, hallar yazılır. Hələ fraksiya yaradılması haqqında qərar görməmişəm, görsəm, qəti fikrmi bildirəcəm”.
Narazı namizədlərdən Qubad İbadoğlu isə bildirib ki, narazıların əslində bir neçə təklifi var ki, fraksiya da bu təkliflərdən biridir: “Fraksiya təklifini təkliflərdən biri kimi dəyərləndirirəm. Əslində beş təklif var və müzakirə edilir. Ancaq fraksiya yaradılması o deməkdir ki, biz azlıqda qalan qrupuq. Əslində əksəriyyət bizim təkliflərimizi, proqramımızı dəstəkləyir, biz azlıqda deyilik. Fraksiya bizi kiçildir, qrup formasında məhdudlaşdırır. Həm də şərtlər, qaydalar müzakirə olunmalıdır. Ona görə biz vaxt verdik. Bu, fəaliyyətin tənzimlənməsini özündə əks etdirən sənədlərlə müşayiət olunmalıdır. Fraksiyanın əsasnaməsi, üzvlüyün şərtləri olmalıdır. Detallar aydın şəkildə orada əksini tapandan sonra müzakirəyə təqdim olunmalıdır. Tədbirdə 150 nəfər iştirak edirdi, bizim tərəfdarlarımız isə bundan dəfələrlə çoxdur. Biz istəyirik ki, bu məsələdə işçi qrup formatına keçilməklə zamanımız olsun. Tədbirdə iştirak etməyən üzvlərlə də müzakirələri  davam etdirək. Buna görə müəyyən bir vaxtın ayrılmasını məqsədəuyğun hesab etdik. Müzakirələrin sonunda yekun qərar olacaq. Tədbirdə çıxış edənlərin əksəriyyətinin təklifi fraksiya yaradılması oldu. Mən çoxluğun fikrini nəzərə alacam, çoxluq hansı təklifi məqbul hesab edəcəksə, razılaşacam. Müzakirə müddəti maksimum bir aydır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Əmlak bazarında durğunluq uzunmüddətlidir”

Next Post

İŞİD liderinin ölüm xəbəri doğrulur

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İŞİD liderinin ölüm xəbəri doğrulur

ABŞ-dan Ukraynaya silah verilməsi tələb edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.