Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Ümumtəhsil orta məktəblərində sosial-psixoloji maarifləndirmə kampaniyasının keçirilməsi” adlı layihə çərçivəsində Hacıqabul rayon ümumtəhsil məktəbliləri üçün təlimlər həyata keçirilmişdir.Layihə, birbaşa olaraq 3 ay ərzində, 250 nəfər məktəblini əhatə etmişdir. Layihənin məqsədi sağlam və sosial təcrid olunmuş gəncləri layihəyə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, gənclər arasında sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin narkomaniyaya qarşı sosial fəallığının artırılması və QİÇS haqqında olan məlumatsızlığı aradan qaldırmağa nail olmaqdır.
Layihə çərçivəsində maarifləndirici nəşrlər çap olunaraq paylanılmışdır. Keçirilən təlimlər “təlimçilər üçün təlim” formatında təşkil olunmuşdur ki, gələcəkdə bu təlimləri uğurla bitirən gənclər digər insanlara da təlim verməsi əsas məqsədlərdəndir. Layihənin benefisiantları Hacıqabul rayonunda yaşayan, yaşı 14-dən 35-dək olan gənc olmuşdur. Şəhər mərkəzində yaşayan gənclərlə yanaşı, kənd və qəsəbələrdə yaşayan gənclər də fəaliyyətlərlə cəlb olunmuşdur.
Layihə çərçivəsində narkomaniyayanın yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin həyata keçirilmişdir. Sağlamlıq sahəsi üzrə informasiya elçiləri hazırlanmışdır. İnformasiya elçiləri gələcəkdə müxtəlif vasitələrlə gənclərin mütamadi maarifləndirilməsi ilə məşğul olacaqlar.









