Azərbaycanda son gündə koronavirus əleyhinə 4242 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumatda bildirilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 391, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 062 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 344-dür.
İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 663 010, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 313, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 841 526, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 239 094, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 077 nəfərdir.






