ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Ukrayna üçün 100 milyon dollar dəyərində yeni silah yardımına razılıq verəcək.
Elchi.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbələr yeni silah paketində artilleriya sistemləri və bir çox yeni sursatların olacağını bildirib. Əlavə məlumat verilməyib.




