Ermənistan müxalifəti İrəvanda hökumət binalarından birini mühasirəyə alıb.
Elchi.az erməni mətbuatına istinadən xəbər verir ki, mühasirəyə “Müqavimət” hərəkatının lideri İşxan Sağatelyan rəhbərlik edir.
O bildirib ki, binaya daxil olmaq lazım deyil, sadəcə olaraq bütün girişləri bağlamaq lazımdır.
Binada Əmək Nazirliyi, Səhiyyə Nazirliyi və Ətraf Mühit Nazirliyi, həmçinin Statistika Komitəsi yerləşir.
Sağatelyanın sözlərinə görə, binada yerləşən nazirliklər artıq vətəndaşların maraqlarına xidmət etmir.
Müxalifətçi nazirlik rəsmilərini rəhbərliyin təzyiqlərinə boyun əyməməyə və onlara qoşulmağa çağırıb.





