Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.
“Bu iki ölkənin NATO-ya üzv olmasına “hə” deməyəcəyik”, – deyə Ərdoğan bildirib.





