Ermənistan Müdafiə Nazirliyi Ağdam rayonunun Kəngərli kəndindən 1700
metr şimal-şərq istiqamətində düşürülən Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterlə bağlı yeni məlumat yayıb.
Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan “News.am”a açıqlamasında Azərbaycanı hədələyib.
O, Azərbaycan tərəfinin ermənilərə hələ də düşən helikopterə yaxınlaşmağa icazə vermədiyini və sıx atəşə davam etdiklərini deyib.



