"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İmtahan suallarını satanlar HƏBS EDİLDİ

19 May 2022 - 16:13
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Bu barədə Baş Prokurorluqdan Elchi.az-a verilən məlumatda bildirilib.

Əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyənləşib.

İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Paşinyan siqaret alverinə başladı

Next Post

ÜST-nin Baş direktoru Lavrovdan Mariupola tibbi yardım üçün təhlükəsiz giriş istəyib

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
ÜST-nin Baş direktoru Lavrovdan Mariupola tibbi yardım üçün təhlükəsiz giriş istəyib

ÜST-nin Baş direktoru Lavrovdan Mariupola tibbi yardım üçün təhlükəsiz giriş istəyib

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.