"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda donor bankı yaradılıb

19 May 2022 - 17:16
in SOSİAL

Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə, iclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Komitə sədri deyib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 3 məsələ – “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri 20 oktyabr 2020-ci il tarixli “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O bildirib ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri bildirib ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, 20 oktyabr 2020-ci il tarixdə Səhiyyə komitəsinin önəmli qanunlarından olan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra Əsas qanun) qəbul edilib. Həmin Qanunun tətbiqi barədə ölkə Prezidenti tərəfindən imzalanmış fərmanda normativ hüquqi aktların Əsas Qanuna uyğunlaşdırılması barədə tapşırıq verilib.

Kamalə Paşayeva vurğulayıb ki, gündəlikdə olan məsələlərdən “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla başlayan və digər qanunlara da dəyişikliyi nəzərdə tutan layihə tamamilə uyğunlaşdırma xarakteri daşıyır.

Belə ki, qanun layihəsinin 39-cu maddəsinə “həkim konsiliumu” sözlərinin əlavə edilməsi Əsas Qanunda beyin ölümünün baş verməsi barədə məhz həkim konsiliumunun qərarı olmasından irəli gəlir və ona uyğunlaşdırılır. 40-cı maddədə isə transplantasiya məqsədi ilə insan orqan və (və ya) toxumalarının götürülməsi maddəsinin məzmunu tamamilə Əsas qanuna göndərici norma olaraq istinad edərək bu sahədə münasibətlərin tənzimlənməsini müəyyən edir.

Sonra iclasda Kəmalə Paşayeva gündəlikdə olan digər 2 layihə – Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun 34-cü maddəsi bu Qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Təqdim edilən dəyişikliklər də bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyinə uyğun olaraq, 2 növ məsuliyyət nəzərdə tutur. Konkret olaraq hansı əməllərin cinayət, hansılarının inzibati xəta kimi müəyyən edilməsi layihələrdən görünür. O, qeyd edib ki, AR Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq, ağırlaşdırıcı hallarda Qanunun geriyə qüvvəsi şamil olunmur. Ona görə də digər layihədən fərqli olaraq məsuliyyət növlərinin hüquqi əsasları yalnız bu qanunların dərc olunduğu gündən sonra qüvvəyə minəcək.

Qanun layihələrinin müzakirəsində Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı orqan və toxumaların transplantasiyasının, donorluğun aktuallığından danışıblar, sənədlərlə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərə aydınlıq gətirib.

Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Daha sonra Əhliman Əmiraslanov iclasda üçüncü oxunuşda olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, sənəd “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin etmək üçün hazırlanıb. Qeyd edilib ki, layihəyə komitədə və plenar iclasda iki oxunuşda baxılıb və qəbul olunub.

Müzakirələrin sonunda deputatlar qanun layihəsini üçüncü oxunuşda plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Kamaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanda donor bankı yaradılıb
Azərbaycanda donor bankı yaradılıb
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Next Post

Mark Şnayer: “Türkiyə və İsrail arasındakı yaxınlaşma dinlərarası dialoqun əsas nümunələrindəndir”

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Mark Şnayer: “Türkiyə və İsrail arasındakı yaxınlaşma dinlərarası dialoqun əsas nümunələrindəndir”

Mark Şnayer: “Türkiyə və İsrail arasındakı yaxınlaşma dinlərarası dialoqun əsas nümunələrindəndir”

BMT Rusiya ilə Ukrayna limanlarına çıxışın açılmasını müzakirə edib

BMT Rusiya ilə Ukrayna limanlarına çıxışın açılmasını müzakirə edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.